“WhatsApp”ın bu funksiyasından "Facebook"da da istifadə etmək olacaq


Şou-biznes 08 Apr 2018 00:00:00 314 0

“WhatsApp”ın bu funksiyasından "Facebook"da da istifadə etmək olacaq

"Facebook" ismarıclara “Unsend” düyməsini əlavə etməyi planlaşdırır.



Axşam.az Technote-yə istinadən xəbər verir ki, şirkət təmsilçiləri 6 apreldə verilən açıqlamada Mark Zukerberqin göndərdiyi ismarışları sildiklərini etiraf ediblər. Onlar bunu təhlükəsizlik baxımından etdiklərini bildiriblər.

Məlumdur ki, adi istifadəçilər də çatlarda göndərdikləri ismarışları poza bilərlər. Lakin fərq ondan ibarətdir ki, adi insanların pozduqları ismarışlar yalnız öz hesablarından silinir. İsmarışları qəbul etmiş şəxsin hesabında isə onlar qalər.

Məlumata görə, “Unsend” düyməsi aktiv edilərsə göndərilən ismarışları digərlərinin də cihazından silmək mümkün olacaq.

Qeyd edək ki, sözügedən funksiya bir müddətdir “WhatsApp”da aktivdir.