Almaniyada furqonun insanların üzərinə sürülməsi nəticəsində ölənlərin sayı 4-ə çatıb, 20 yaralı var - YENİLƏNİB


Dünya 07 Apr 2018 23:26:00 319 0

Almaniyada furqonun insanların üzərinə sürülməsi nəticəsində ölənlərin sayı 4-ə çatıb, 20 yaralı var - YENİLƏNİB

Hadisənin motivləri hələ məlum deyil

Almaniyanın Münster şəhərində sürücünün furqonu açıq havada əyləşən insanların üzərinə sürməsi nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

“Report” "Associated Press"ə istinadən xəbər verir ki, polis nümayəndəsi Andreas Bode jurnalistlərə açıqlamasında hadisə zamanı daha 20 nəfərin yaralandığını deyib.

Onun sözlərinə görə, furqonun sürücüsü özünü öldürüb. Bununla belə Bode qeyd edib ki, kişinin şəxsiyyəti müəyyən edilməyib və hadisənin motivləri barədə danışmaq hələ tezdir.

Bundan əvvəl 20 yaralıdan 6-sının vəziyyətinin ağır olduğu bildirilmişdi.

***19:18

Bakı. 7 aprel.