Təvazökarlığın həddi olmalıdırmı?


Digərləri 07 Apr 2018 23:15:00 247 0

Təvazökarlığın həddi olmalıdırmı?

Təvazökarlıq - ən üstün fəzilətli sifələtdəndir ki, Allah onu möminlərin ən mühüm xüsusiyyətlərindən hesab etmişdir.

Bəs insanın təvazökar olması hansı həddə qədər bəyənilir? Hamıya qarşı eyni ölçüdə təvazökar olmaq lazımdırmı?

1. İnsan nəfsinin hörmət olunması - vacib və zəruri mövzulardandır. Son.az deyerler.org-a istinadən bildirir ki, ancaq onu da yaddan çıxartmaq lazım deyildir ki, təvazökar insanın özü də möhtərəm şəxsdir. Ona görə də təvazö göstərməyin həddi və hüdudu vardır. Necə ki, özün kimilərə qarşı təvazö göstərməyəndə onların inciməsinə və əziyyət çəkməsinə səbəb olarsan, təvazökarlıqda ifrat etmək də insanı xar və zəlil hala sala bilər. Ona görə də nə ifrat etmək lazımdır, nə də təfrit.

2. Başqaları qarşısında təvazökar olmağın şiddət və zəif tərəfləri vardır. Yəni, təvazökarlıq heç bir zaman bir ölçüdə nümayiş etdirilməz. Təvazökarlığın ən ifrat halı Allah qarşısında nümayiş olunmalıdır. Ata və ana, Məsumlar (ə), müəllimlər - o kəslərdir ki, onlara qarşı təvazökarlıqda ifrat etmək lazımdır.