Separatçı lider Rusiyaya qaçmaq istəyib


Dünya 07 Apr 2018 22:58:00 303 0

Separatçı lider Rusiyaya qaçmaq istəyib

Puçdemon Finlandiyaya olarkən, İspaniya prokurorluğu onun həbsi üçün order çıxarıb

Kataloniyanın keçmiş başçısı Karlos Puçdemon həbsi ərəfəsində Rusiyaya qaçmaq istəyib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, siyasətçi son anda fikrini dəyişib, İsveçə üz tutub. O burdan Belçikaya getmək istəyib. Ancaq Almaniya ərazisində saxlanılıb.

Puçdemon vətəni İspaniyada korrupsiya və üsyana cəhddə ittiham edilir.