Cəlilabadda 3 qadın qidadan zəhərlənib


Sosial 07 Apr 2018 22:46:30 298 0

Cəlilabadda 3 qadın qidadan zəhərlənib

Hadisə Qarazəncir kəndində baş verib

Cəlilabad rayonunda zəhərlənmə hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, axşam saatlarında rayonun Qarazəncir kəndində yerli sakinlər - 21 yaşlı Nuriyeva Türkan Bəxtiyar qızı, Abbasova Səbinə Nurəddin qızı və Bayramova Zülfiyyə Bəxtiyar qızı qidadan zəhərlənmə diaqnozu ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

İlkin tibbi yardımdan sonra hər üç zərərçəkmiş reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.