Ərdoğan Fransanı terrorçuları dəstəkləməkdə ittiham edib


Dünya 07 Apr 2018 22:23:00 323 0

Ərdoğan Fransanı terrorçuları dəstəkləməkdə ittiham edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanı terrorçuları dəstəkləməkdə ittiham edib.

Son.az Trend-ə istinadən bildirir ki, Ərdoğan Fransa prezidentinin PYD nümayəndə heyəti ilə görüşünü xatırladaraq bildirib: "Siz terrorçulara dəstək verirsiz və sonra onları Yelisey Sarayında qəbul edirsiz. Almaniyada olanları görürsünüz? Bunlar Fransanıda gözləyə bilər. Qərb nə qədər çox terrorçuları dəstəkləyəcəksə, bu ölkələrdə terror fəaliyyətinin nəticələri o qədər böyük olacaq".