Sumqayıtda 17 yaşlı qızı maşın vurub


Sosial 07 Apr 2018 22:00:51 297 0

Sumqayıtda 17 yaşlı qızı maşın vurub

Hadisə Sülh küçəsində baş verib

Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, 2001-ci il təvəllüdlü Sumqayıt şəhər 3-cü mikrorayon sakini Umudova Yeganə Amid qızı Sülh küçəsində yolu keçərkən "Opel" markalı avtomobil tərəfindən vurulub.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin dediyinə görə, 17 yaşlı Yeganə Umudovanın vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.