Futbolçunun xanımından azərbaycanlı qız üçün


Digərləri 07 Apr 2018 22:06:00 290 0

Futbolçunun xanımından azərbaycanlı qız üçün

Məşhur rusiyalı futbolçu Pavel Poqrebnykanın həyat yoldaşı Mariya Poqrebnyak üzü yanmış azərbaycanlı Nərminə kömək məqsədilə plastik cərraha müraciət edib.

Son.az oxu.az-a istinadən bildirir ki, futbolçunun həyat yoldaşı öz Instagram səhifəsinə Nərminlə fotosunu yerləşdirib.

Qadının sözlərinə görə, o, Moskvanın ən yaxşı plastik cərrahlarının konsiliumunda iştirak edib. O, cərrahların gənc azərbaycanlı qadının gözəlliyini geri qaytarmaq üçün plastik əməliyyat məsuliyyətini üzərinə götürməkdən imtina etməsinə təəccüb edib.

"İnsanlar, özünüzə gəlin! Biz sinəmizə implant qoyuruq, burunu sındırıb düzəldirik, yağları çəkirik, qabırğaları çıxarırıq. Niyə? Plastik cərrahiyə bunun üçün yaranmayıb. Biz doktor Alyona ilə qərara aldıq ki, bu məsuliyyəti üzərimizə götürək və bu qıza "hə" deyək", - deyə, Mariya Poqrebnyak yazıb.


Xəbərə aid video


Xəbərə aid fotolar