Canavarın baş tutmayan tövbəsi


Digərləri 07 Apr 2018 21:45:00 249 0

Canavarın baş tutmayan tövbəsi

Nəql edirlər ki, qoca bir canavar var idi ki, ömrü boyu çoxlu heyvanları və quşları parçalayıb yemişdi. Bir gün qərara gəlir ki, heyvanların onu sevməsi üçün uzaq bir yerə gedib, orada tövbə etsin. Bu niyyətilə yola düşür.

Son.az deyerler.org-a istinadən bildirir ki, yolda acır və ətrafına nəzər salır. Bir at görür ki, çəmənlikdə otlayır. Atın yanına gedir və deyir: "İstəyirəm ki, uzaq bir diyara gedəm və orada tövbə edəm. Amma indi çox acmışam. Səndən istəyirəm ki, bu yolda mənimlə şərik olasan".

At deyir: "Mənim əlimdən nə gəlir ki?".

Canavar: "Əgər özünü bu yolda qurban versən, mən sənin ətindən doyub və aclıqdan nicat tapa biləcəyəm. Həm də başqaları sənin ətindən yeyə biləcəklər. Sən bu işinlə özün kimilərə kömək etmiş olacaqsan".

At da canını qurtarmaq üçün hiylə düşünür və üzünü canavara çevirib, deyir: "Canavar əmi. Mən bu xeyir işdə iştirak etmək istəyirəm və özümü qurban edirəm. Ancaq bir dərdim vardır ki, illərdir ki, ondan əziyyət çəkirəm. Səndən istəyirəm ki, dərdimə çarə edəsən. Ondan sonra qurban edəsən".

Canavar deyir: "Dərdin nədir, indi çarə edərəm. Əgər bacarmasam, tülkünün yanına gedərik, o, çarə düşünər".