Onun bu erotik filminə hamı baxıb


Digərləri 07 Apr 2018 21:25:00 354 0

Onun bu erotik filminə hamı baxıb

Bu il "Paprika", "Kitti salonu", "Kaliqula" filmlərinin rejissoru, iltalyan erotik sinematoqrafiyasının ulduzu Tinto Brassın 85 yaşı tamam olur.

Hüquq universitetinin məzunu olan Tinto Brass kinoda yola heç də erotika çəkməklə çıxmamışdı. Onun 1963-cü ildə çəkdiyi "Sülhün zirvəsində" adlı ekran işi solçu intellektualın sevgisi, həyatı və İkinci Dünya Müharibəsi haqda xatirələrindən bəhs edən ovqat filmi idi.

"Sülhün zirvəsində"yə baxanda təsəvvür belə etməzsən ki, 60-cı illərin İtaliya kinosunun üslubunda çəkilmiş bu filmi "Kaliqula", "Paprika", "Kittinin salonu" kimi ekran işlərinin müəllifi çəkib.

Son.az lent.az-a istinadən xəbər verir ki, bundan başqa rejissorun 1970-ci ildə çəkdiyi üsyankar-avanqard ruhlu "Nalə" filmi də var ki, prodüseri məşhur Dino do Laurentis idi.

"Uçan boşqab" filmi isə fantastik kinoya parodiya idi. Lakin bu filmdən sonra Brassın dəst-xətti yarandı. Bu qadın sinəsinin və budlarının iri planda təsviri idi.

Brassı Vittorio de Sika, Lukino Viskonti kimi rejissorlarla bir sıraya qoymaq olmaz, lakin onun filmlərindəki çılpaq bədənlər gözəl İtaliya mənzərələrini kölgədə qoymur.

Real hadisələrin və qroteskin yer aldığı "Kittinin salonu" filmi Brassa Avropada şöhrət gətirdi və ABŞ-da puritan publikanı məyus etməmək üçün xüsusi hissələri kəsilməklə göstərildi. Brassın filmlərində yüngül porno kadrlar olsa belə onlarda vulqarlıq yoxdur.

"Vulqar pornofilmlər"dən Brassı keyfiyyətli İtaliya yumoru ayırır. "Güdükçü" filmindəki ər və arvad hər yerdə rastlaşdıqları mərakeşlilər haqda mübahisə edirlər, fahişəxananın sahibəsi qəhrəmana hər müştəri ilə orqazm hiss etməmək üçün məsləhət verir: "Nəsə kədərli bir şey haqda düşün. Ya da böyük insanlar haqda. Qaribaldi (Cüzeppe Qaribaldi - İtaliya milli qəhrəmanı) haqda məsələn". Bu sonuncu fikir "Kuyer" filminin qəhrəmanına deyilən ifadə ilə bir-birinə nə qədər oxşardır: "Palto geyin və nəsə böyük, möhtəşəm bir şey haqda düşün".

Böyük demişkən, Brassın filmləri içində yalnız "Kaliqula"nı böyük saymaq olar. Bu filmi Brass "Kittinin salonu"nu çəkdikdən sonra, İtaliyanın "penthaus" jurnalının yaradıcısı Quççioninin puluna çəkib.

Bu Brassın dünya çaplı ulduzları çəkdiyi ilk və sonuncu filmi oldu; "Kaliqula"da Piter Otul, Malkolm Makdauel kimi görkəmli aktyorlar baş rolda oynadılar. Çılpaq bədənlərin təsvir olunduğu səhnələr çox olsa da bu film kimdəsə erotik fantaziya oyada bilməz, əksinə, ikrah yaradır. Və Makdauelin ekranda ustaca obrazını yaratdığı Roma imperatoru Kaliqulanın dünyası məhz belə hiss oyatmalıdır.