Sizə Bakıda yaşayan 4 uşaqdan bəhs edəcəyik VİDEO


Digərləri 07 Apr 2018 21:18:00 282 0

Sizə Bakıda yaşayan 4 uşaqdan bəhs edəcəyik  VİDEO

Bu uşaqlar qayğıya ehtiyacları ən çox olan bu yaşlarında valideyn sevgisindən kənarda qalıblar. 2-si qız, 2-si də oğlan olan bu balacalar hazırda paytaxtdakı sığınacaqlardan birində qalırlar.

Birinin 8, o birinin 7, digərlərinin isə 5 və 3 yaşları var. Yaşlarının bu vaxtında ata-ana nəvazişindən kənarda qalıblar. Bu balaca çarəsiz uşaqlar bir müddətdir ki, valideynlərinin üzünə həsrətdirlər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, uzun müddət ac-susuz və baxımsız qalan uşaqları qonşuları sığınacağa gətiriblər. Psixoloji vəziyyətləri yerində olmayan azyaşlılar başlarına gələnləri dillərinə belə gətirməkdə çətinlik çəkirlər.

Qonşuların sığınacağa verdikləri məlumata görə, bu uşaqların ataları tüfeyli həyat sürür. Anaları isə müxtəlif dərmanlar qəbul edir, hətta bəzən günlərlə evə belə gəlmir. Analarının dərman aludəçisi olduğunu elə uşaqlar da təsdiqləyirlər. Hətta bunlar azmış kimi uşaqlar valideynləri tərəfindən zorakılığa belə məruz qalıblar

Hazırda paytaxtdakı sığınacaqlardan birində qalan uşaqlardan birini atası gəlib aparıb. Amma digər 3 uşaq onunla getmək istəmədiyi üçün hələ də sığınacaqdadır.


Xəbərə aid video