Bu dəfə xarıbülbülün səsi Cəlilabaddan gəldi VİDEO


Digərləri 07 Apr 2018 21:19:00 294 0

Bu dəfə xarıbülbülün səsi Cəlilabaddan gəldi  VİDEO

Biz xarıbülbülü Şuşanın simbolu hesab edirik və bilirik ki, bu bitki Şuşa torpağında daha yaxşı bitir. Və son illərə qədər də bu bitkinin başqa yerdə yetişməsinin şahidi olmamışıq. Ancaq Şuşanın işğalından sonra xarıbülbülün nadir hallarda da olsa, başqa yerlərdə yetişdiyini eşitməyə başladıq. Bu dəfə xarıbülbülün səsi Cəlilabaddan gəldi.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Qarabağın və Şuşanın təbii simbolu sayılan xarıbülbül Cəlilabadda da bitir.

Yad torpaqda çətin bitməsi və tez məhv olması ilə tanınan xarıbülbülün cənub rayonlarına doğru yayılması yerli sakinlərin marağına səbəb olub.

Rayonun Fərəcullalı kənd sakini Vasif Hüseynov bu ərazilərdə xarıbülbülün bitdiyini təsadüf nəticəsində aşkar edib.


Xəbərə aid video