Keçmiş məhkum silahla tutuldu VİDEO


Digərləri 07 Apr 2018 20:46:00 243 0

Keçmiş məhkum silahla tutuldu  VİDEO

Hacıqabul Rayon Polis Şöbəsinə müraciət edən Nəvahı qəsəbə sakini Z.Əhmədova mart ayının 25-dən aprelin 5-dək olan müddətdə evinin həyətindən qaynaq aparatı, 90 metr elektrik kabeli və inşaat materiallarının oğurlandığını bildirib. ​

Son.az xezerxeber.az-a istinadən bildirir ki, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüqar Zeynalov olduğu müəyyən edilib.

​V.Zeynalovun evində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı oradan "Naqan" markalı tapança da aşkar edilərək götürülüb. ​Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.