Ofisdə işləyənlərin ən böyük bəlası: Oturaq sinir ağrısı


Digərləri 07 Apr 2018 20:35:00 303 0

Ofisdə işləyənlərin ən böyük bəlası: Oturaq sinir ağrısı

Kompyuter arxasında işləyənlərin əksəriyyəti bel ağrısından şikayətçidirlər.

Son.az medicina.az-a istinadən bildirir ki, mütəxəssislər bu ağrının səbəbinin oturaq sinir zədələnməsi ola biləcəyini qeyd ediblər.

Belə ki, oturaq sinir (sinyatik sinir) üzərində yaranan ağrılar adətən az olaraq başlayır və zaman keçdikcə şiddətlənir.

Bu problem ayaqlarda yüngül qıcıqlanma, beldən dizlərə qədər ağrı, yorğunluq, uyuşma hissi, yerimədə çətinlik formasında ağrı hissi verir. Oturaq sinir ağrısı adətən 18-55 yaş arasında ağır iş görən və ya idman etməyən kişi və qadınlarda müşahidə edilir.