Suriyada növbəti terakt: 8 ölü, 20 yaralı


Dünya 07 Apr 2018 19:56:00 242 0

Suriyada növbəti terakt: 8 ölü, 20 yaralı

Suriyanın Hələb şəhərinin Əl-Bab mahalında Böyük məscid yaxınlığında bomba yüklənmiş maşın partladılıb.

Son.az axar.az-a istinadən bildirir ki, Hələb Mülki Müdafiə müdiri Əmmar Selmo hadisə nəticəsində 8 mülki vətəndaşın öldüyünü, 20 nəfərin yaralandığını bildirib. O, yaralıların vəziyyətinin ağır olduğundan, ölü sayının arta biləcəyini deyib.

Hələlik heç bir qruplaşma teraktın məsuliyyətini öz üzərinə götürməyib.