Elçin Əlibəyli Oktayla Samirəni təhqir etdi:


Şou-biznes 07 Apr 2018 19:46:00 314 0

Elçin Əlibəyli Oktayla Samirəni təhqir etdi:

Aparıcı Elçin Əlibəyli "Onda başladıq" verilişində qonaq olan meyxanaçılar Samirə ilə Oktayı təhqir edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçilərin oxuduğu meyxananı bəyənməyən Əlibəyli onların ünvanına sərt sözlər deyib:

"Azərbaycan tamaşaçısının zövqnü o qədər korladınız, səviyyəsizləşdirdiniz ki, bu gün onlardan heç nə gözləməyin. Toyxananı efirə gətirən sizlərsiniz. Biabırçılıqdır. Ona görə utanıram ki, sosial şəbəkədə efir haqda nələr yazırlar. Mən televiziyanı müdafiə edirdim, utanıram. Oxumağınızı görəndən sonra yazdıqlarımdan utandım. Siz efirə gəlmisiniz, bu, efirlik mahnıdır? Heç olmasa tamaşaçıya hörmətiniz olsun. Toyda nə istəyirsiniz oxuyun. Tamaşaçını nə yerinə qoymusuz? Tamaşaçını nə hesab edirsiniz ki, gəlib burada bu oyundan çıxırsınız? Səhnəni xarab etməyin".

Samirə və Oktay onun sözlərinə etirazını bildirib:


Xəbərə aid video