Cəlilabadda 18 yaşlı qız intihara cəhd edib


Digərləri 07 Apr 2018 19:36:00 322 0

Cəlilabadda 18 yaşlı qız intihara cəhd edib

Gənc qız çoxlu sayda dərman qəbul edib

Cəlilabad rayonunda intihara cəhd hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, şəhərin Heydər Əliyev prospektində yaşayan 2000-ci il təvəllüdlü Gülbəniz Mürşid qızı Feyzullayeva ailə münaqişəsi zəminində xeyli sayda həb qəbul edərək canına qəsd etmək istəyib.

O, yaxınları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlk tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilən qızın vəziyyəti ağırdır.

Faktla bağlı arşdırma aparılır.