O qız Youtubedan nə istəyirdi? –


Digərləri 07 Apr 2018 19:25:00 285 0

O qız Youtubedan nə istəyirdi? –

Dünyanın ən məşhur onlayn video platforması Youtube-un ABŞ-dakı mərkəzinə silahlı hücum edib daha sonra özünü öldürən azərbaycanlı Nasim Aghdam qaranlıq pərdəni aralayıb başqa bir məsələyə diqqət çəkir.

1 milyarda yaxın istifadəçisi olan Youtube Google-un 110 milyard dollardan çox gəlirində də xüsusi bir paya sahibdir. Dünyanın üçdə birinin istifadə etdiyi Youtube 2017-ci ildən Googledən gələn gəliri də mənimsəyir.

Google-un bu onlayn video-izləmə platforması sadəcə reklam verənlərin deyil, eyni zamanda bu platformaya video yükləyən istifadəçilərin də gəlir mənbəyidir.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu iş sizə bəsit görünə bilər. Deyə bilərsiniz ki, bir pişik videosu çək, Youtube-a yüklə və pul qazan. Əslində isə bu platforma üzərindən pul qazanmaq üçün Google və Youtube-un tez-tez dəyişən axtarış nəticələrini, təqdim olunan videoları necə göstərdiyini müəyyən edən alqoritmaları analiz etmək lazımdır.

100 min dəfə izlənən bir videonun bu videonu yükləyənə qazandıracağı məbləğ Youtube şərtlərində 100-dən çox kriteriyaya görə dəyişir. Üstəlik Youtube üzərindən qazanılacaq gəlir kanalın yerləşdiyi ölkə və yayım dilinə görə dəyişir. Məsələn, ABŞ-da 1000 baxışa gələn gəlir 5-6 dollar civarındadırsa, Türkiyədə bu məbləğ 1 dollar edəcək. Şərtlər belə olduğuna görə bir çox Youtuber xəyal qırıqlığı yaşayır.

Bu dramanın da ən son nüminəsi Nasim Aghdamdır. O, "300 min baxışıma 0.10 dollar?" sözləri ilə Youtube-nin yayım siyasətini tənqid etmişdi.

Nasim Aghdam "kanalındakı videoların filtirlənməsi" və populyarlığının azalması səbəbi ilə Youtube-u günahkar çıxarıb silahlı hücum təşkil etmişdi. Üç adamın yaralandığı terror aktında səbəbkarın intihar etdiyi ortaya çıxdı.

Özəl mərkəzə daxil olarkan Nasim Aghdam şal və eynək taxmışdı. Onun terror zamanı hər hansı bir kimlikdə olmadığı ortaya çıxmışdı. Eyni zamanda Nasim Aghdamın Youtube-dakı hansısa şəxslə birbaşa bağlantısı olmaması da yayılan xəbərlər arasındaydı.