Bilərəkdən və ya bilməyərək küfr edən birinə kafir demək olarmı?


Digərləri 07 Apr 2018 19:10:00 283 0

Bilərəkdən və ya bilməyərək küfr edən birinə kafir demək olarmı?

Ümumiyyətlə, başqalarının kafir olub-olmadığına hökm vermək yox, öz halınızın qeydinə qalmaq lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Heç bir insan digərini fasiqlikdə və kafirlikdə ittiham etməsin.

Son.az zikr.az-a istinadən bildirir ki, çünki onun dediyi kimi olmasa, bu söylədiyi özünə qayıdar". (əl-Buxari, 6045; Muslim, 61). "Hər hansı kişi öz qardaşına: "Ey kafir!" - deyərsə, bu söz onların ikisindən birinə qayıdar". (əl-Buxari, 6104; Muslim, 60). Kafir -- Allahı inkar edən, müşrik isə Allaha şərik qoşanlardır. Uca Allah Quranda bunların hər ikisinin əbədi Cəhənnəmdə qalacağını bildirmişdir. Amma küfr əməl edənə kafir və ya müşrik demək olmaz. Əgər həmin insan özünü müsəlman adlandırırsa, onun bu əməli etməsinin səbəbləri araşdırılmalıdır -- bilməyərəkdən, səhv başa düşmək, məcburiyyət və s. səbəblər ola bilər. Bunu araşdırmaq isə sizin yox, hakimin, alimlərin işidir. Son.az