Biləsuvarda yol qəzası nəticəsində 4 nəfər ağır yaralanıb


Sosial 07 Apr 2018 19:07:55 271 0

Biləsuvarda yol qəzası nəticəsində 4 nəfər ağır yaralanıb

Hadisə rayonun Xırmandalı kəndi ərazisində baş verib

Axşam saatlarında Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, rayonun Xırmandalı kəndi ərazisində “Mitsubishi” markalı avtomobillə “Mercedes” toqquşub.

Hadisə zamanı 4 nəfərin ağır yaralandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.