Şəmkirdə Mərkəzi Xəstəxananın tikintisinin başa çatdırılmasına 7,6 milyon manat ayrılıb


Sosial 07 Apr 2018 18:48:49 297 0

Şəmkirdə Mərkəzi Xəstəxananın tikintisinin başa çatdırılmasına 7,6 milyon manat ayrılıb

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək göstərişi verilib

Şəmkir Rayon Mərkəzi Xəstəxanasının (RMX) tikintisinin başa çatdırılması məqsədi ilə Səhiyyə Nazirliyinə 7,6 milyon manat ayrılıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Şəmkir RMX-nin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı bu barədə sərəncamda deylir.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə isə göstərilən məbləğdə maliyyələşməni təmin etmək göstərişi verib.