Cəlilabadda faciə:


Digərləri 07 Apr 2018 18:50:00 289 0

Cəlilabadda faciə:

Cəlilabad rayonunun Alar kəndi ərazisində gənc oğlanın meyiti aşkar edilib.

Son.az report.az-a istinadən bildirir ki, meyit 1990-cı il təvəllüdlü Fariq Xanəhməd oğlu Əliyevə məxsusdur.

İlkin məlumata görə, oğlan kanalın üzərindəki bəndlə gedərkən ayağı büdrəyərək suya düşüb. Su kanalında boğulan gəncin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.