Ağdaş və Bərdədə modul tipli məktəblər quraşdırılacaq

Siyasət 07 Apr 2018 18:37:57 320 0

Ağdaş və Bərdədə modul tipli məktəblər quraşdırılacaq

Prezident İlham Əliyev Ağdaş və Bərdə rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Ağdaş və Bərdə rayonlarında cəmi 412 şagird yerlik modul tipli 9 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 2 595 000 (iki milyon beş yüz doxsan beş min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

Ağdaş və Bərdə rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı:

Sıra №-si

Təhsil müəssisələrinin adları

Ayrılan vəsait

1

Ağdaş rayonu Xınaxlı kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

2

Ağdaş rayonu Malay kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

230 000

3

Ağdaş rayonu Əmirmahmud kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

260 000

4

Bərdə rayonu İmamqulubəyli kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

230 000

5

Ağdaş rayonu Binələr kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

230 000

6

Ağdaş rayonu Bulaqotağı kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

260 000

7

Bərdə rayonu Böyük Qəcər kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

425 000

8

Bərdə rayonu Nəcəfqulubəyli kənd 56 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

285 000

9

Bərdə rayonu Təhlə kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

  Cəmi

2 595 000