Cəlilabadda gənc oğlan kanala yıxılaraq boğulub


Sosial 07 Apr 2018 18:18:00 311 0

Cəlilabadda gənc oğlan kanala yıxılaraq boğulub

Onun meyiti Alar kəndi ərazisində tapılıb

Cəlilabad rayonunun Alar kəndi ərazisində gənc oğlanınmeyiti aşkar edilib.

“Report”un Aran bürosu xəbər verir ki, meyit 1990-cı il təvəllüdlü Fariq Xanəhməd oğlu Əliyevə məxsusdur.

İlkin məlumata görə, oğlan kanalın üzərindəki bəndlə gedərkən ayağı büdrəyərək suya düşüb. Su kanalında boğulan gəncin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.