İran Naxçıvana tibbi xidmətlər ixrac etməyə hazırdır


Digərləri 07 Apr 2018 17:30:05 278 0

İran Naxçıvana tibbi xidmətlər ixrac etməyə hazırdır

İran Naxçıvan Muxtar Respublikasına tibbi xidmətlərin ixracını təşkil etməyə hazırdır.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla görüşü zamanı deyib.

Nazir qeyd edib ki, bu, həmçinin iranlı həkimlərin Naxçıvan xəstəxanalarında xidmətlər göstərməsini nəzərdə tutur:

"Səhiyyə, birgə əczaçılıq müəssisələrinin yaradılması, turizm, nəqliyyat, sənaye heyvandarlığı sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur".