İsrail əsgərləri silahsız fələstinliləri gülləbaran etdi


Dünya 07 Apr 2018 17:24:12 235 0

İsrail əsgərləri silahsız fələstinliləri gülləbaran etdi

Ötən gündən etibarən Qəzza sektorunda İsrail hərbçilərinin fələstinlilərə sərt müdaxiləsi nəticəsində 8 fələstinli ölüb, 900-dən çox insan xəsarət alıb.

"Qafqazinfo" Maide-yə istinadən xəbər verir ki, işğalçı İsrail ordusu dinc əhaliyə qarşı güllə və zəhərli qazla müdaxilə edib.

Qırmızı Aypara Cəmiyyətinin mətbuat katibi İrab əl-Fukaha xəsarət alanların 218 nəfərinin güllə ayarası aldığını bildirib.

Aksiyaçılar İsraildən Qəzza bölgəsinin blokadasına son qoymağı və fələstinlilərə qəsb olunmuş torpaqlara geri dönmələrinə imkan verməsini tələb edirlər.


Xəbərə aid fotolar