Volkan Dəmirəl: "Qarabağ"ın təklifini qəbul etməmişəm"


İdman 07 Apr 2018 16:19:00 248 0

Volkan Dəmirəl: "Qarabağ"ın təklifini qəbul etməmişəm"

FENERBAHÇE-nın qapıçısı Volkan Dəmirəl açıqlama verib. Türkiyə millisinin sabiq üzvü təklif aldığı klubların adını açıqlayıb.

Goal.az xəbər verir ki, 36 yaşlı qolkiperin xidmətində Azərbaycan çempionu "Qarabağ" da maraqlı olub. Təcrübəli çərçivə qoruyucusu təkliflər alsa da, 40 yaşına qədər FENERBAHÇE-dan ayrılmaq niyyətində deyil. 

"Hələlik "Fənərbaxça"ya lazımam və burada qalmağa çalışacağam. 40 yaşımda futbolla vidalaşmağı planlaşdırıram. İndiyə qədər bir neçə klubdan təklif alsam da, "yox" cavabı vermişəm. "MANCHESTER CITY, MONACO, MILAN, SWANSEA CITY, ASTON VILLA, HAMBURG, ATLETICO və QARABAĞ müxtəlif illərdə məni transfer etmək istəyib".

Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü 2002-ci ildən FENERBAHÇEda çıxış edir. KARTALSPOR-un yetirməsi İstanbul nəhənginin heyətində 500-dən çox oyun keçirib. SPORTAL