Rəssam qurbanını öldürdü, yedi və qanı ilə rəsm çəkdi


Dünya 07 Apr 2018 16:06:00 268 0

Rəssam qurbanını öldürdü, yedi və qanı ilə rəsm çəkdi

Venesuelada inanılmaz hadisə baş verib. Yerli polis Luis Alfredo Qonsales Ernandes adlı şəxsi həbs edib. O, törətdiyi dəhşətli cinayəti etiraf edib - bədən hissələrini yemək üçün qurbanını qətlə yetirib, sonra isə onun qanı ilə növbəti "əsərini" yaradıb.

Virtualaz.org "Metro" nəşrinə istinadən xəbər verir ki, hadisə yerində polis yandırılmış insan qalıqlarına rast gəlib. "Rəssam"ın sözlərinə görə, "əsərində" bu küldən də istifadə edib.