Kosmosa lüks hotel buraxılır


Digərləri 07 Apr 2018 15:59:00 283 0

Kosmosa lüks hotel buraxılır

"Orion Span" startapı 2021-ci ildə orbitə "Aurora Station" adlı lüks sinfə aid hotel buraxmağı, 2022-ci ildə isə qonaqları qəbul etməyi planlaşdırır.

Son.az ICTnews-a istinadən xəbər verir ki, "Aurora Station" hotelində 12 günlük qalmanın qiyməti 9,5 milyon dollar təşkil edəcək.

Şirkət nümayəndələrinin sözlərinə görə, bu qiymətə, həmçinin üçaylıq hazırlıq proqramı, kosmik stansiyaya və əks istiqamətdə daşınma daxildir. Mehmanxanada eyni anda dörd qonaq və iki ekipaj üzvü qala biləcək.