25 yaşlı oğlanı bıçaqladılar


Kriminal 07 Apr 2018 15:13:00 261 0

25 yaşlı oğlanı bıçaqladılar

Ağstafada bıçaqlanma olub

Ağstafada bıçaqlanma olub.

Son.az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 1993-cü il təvəllüdlü Rzayev Elton qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Çoxlu qan itirən E. Rzayevin vəziyyəti ağır olduğundan o, Gəncədə olan xəstəxanaların birinə aparılıb. Yaxınları əvvəlcə E. Rzayevin yıxılaraq xəsarət aldığını bildirsələr də, sonradan onun bıçaqlandığı məlum olub. Onun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.