"Facebook" məşhur səhifələri yoxlamağa başlayacaq


Digərləri 07 Apr 2018 13:10:00 221 0

"Facebook" məşhur səhifələri yoxlamağa başlayacaq

"Facebook" rəhbərliyi sosial şəbəkədə səhifələri məşhur olan istifadəçilərin kimliyini yoxlayacağını bəyan edib

"Facebook" rəhbərliyi sosial şəbəkədə səhifələri məşhur olan istifadəçilərin kimliyini yoxlayacağını bəyan edib.

Son.az bildirir ki, "Report" bu barədə interfax.ru-ya istinadən xəbər verir.

Bununla şirkət yalan xəbər və təbliğatların yayılması ilə mübarizə aparmağa çalışır. "Facebook" rəhbəri Mark Zukerberq bildirib ki, bütün xüsusi məşhur səhifələr yoxlamadan keçəcək. Yoxlamaya etiraz edənlərə məlumat yaymaq qadağan ediləcək. Bu addım istifadəçilərin şəxsiyyətlərini gizlətmək məqsədi ilə saxta hesablardan istifadə etməsinin qarşısını almaq üçün nəzərdə tutulub.