Mafiozlar arasında atışmada polis zabitini ürəyindən vuran Mahir Şükürov hadisə yerinə aparıldı


Kriminal 07 Apr 2018 12:23:00 238 0

Mafiozlar arasında atışmada polis zabitini ürəyindən vuran Mahir Şükürov hadisə yerinə aparıldı

Türkiyədə təxminən üç il əvvəl mafiya üzvləri arasında küçədə baş vermiş silahlı toqquşmaya müdaxilə edən polis zabitini ürəyindən vuraraq öldürməkdə ittiham olunan Azərbaycan vətəndaşı hadisənin baş verdiyi yerdə istintaq eksperimentinə cəlb edilib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Ədirnədə azərbaycanlı və rus mafiya üzvləri arasında baş vermiş silahlı qarşıdurmaya müdaxilə edərkən ürəyindən vurularaq öldürülən türk polisi, 33 yaşlı Hüseyn İmrağın qətlinə görə mühakimə olunan 41 yaşlı azərbaycanlı Mahir Şükürov hadisə yerinə aparılıb.

İttihamlarlarla razılaşmayan M.Şükürovun ifadəsinə görə, polisin həlak olduğu küçəyə gələndə iki nəfər onun qarşısına çıxaraq söyüş soyüb. Onlardan biri silahdan atəş açıb. M.Şükürov "Mən geri çevrilib qaçdım" deməklə kifayətlənib.

2014-cü ildə Ədirnədə baş vermiş silahlı qarşıdırmada polis məmuru Hüseyn İmrağ həlak olub. Cinayətdə şübhəli bilinən, barəsində ömürlük həbs cəzası istənilən Mahir Şükürov polislərin müşayəti ilə həbsxanadan ötən gün aprelin 6-da qətl hadisəsinin baş verdiyi əraziyə gətirilib.

Ədirnənin 1-ci Ağır Cəza Məhkəməsi başçısı Bülent Çelik və məhkəmə heyəti insidentin baş verdiyi küçələri gəzib. M.Şükürovdan qətllə bağlı sualları cavablandırması tələb olunub. Polis məmurunun öldürüldüyü küçəyə gəldikdə M.Şükürov atışma zamanı qaçdığını deyib:"Qarşıdırma zamanı qaçdım. 25-30 metr irəlidə qarşıma iki nəfər çıxdı. Onlardan birinin əlində silah vardı. Silahsız olan məni göstərib geri çəkildi. Əlində silah olan isə söyüş söyərək atəş açmağa başladı. Maşınım olmadığına görə geri çevrilib qaçdım. Onların arxamca gəldiklərini zənn edirdim. Yaxınlıqda məscid vardı, ora girdim, geri çevrilib baxdım, heç kim yox idi. Qapıda bir nəfərlə toqquşdum, yerə yıxıldım. Sonra taksiyə minib oradan uzaqlaşdım".


Xəbərə aid fotolar