Özbəkistan sərhədçiləri Qırğızıstan vətəndaşını güllələyiblər


Dünya 07 Apr 2018 10:53:28 350 0

Özbəkistan sərhədçiləri Qırğızıstan vətəndaşını güllələyiblər

Faktla bağlı araşdırma aparılır

© AP Photo / Anvar Ilyasov

Bakı. 7 aprel. REPORT.AZ / Özbəkistan sərhədçiləri öz ölkəsinin ərazisində olan Qırğızıstan vətəndaşına atəş açıblar, nəticədə kişi ölüb.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstan Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, aprelin 7-də Qırğızıstanın Cəlalabad vilayətinin Aksıkay rayonunun Mamay adlı ərazisində Özbəkistan hərbçiləri Qırğızıstan vətəndaşı – Kuruluş kəndinin sakini, 1984-ci il təvəllüdlü F.M.-ə qarşı silah tətbiq ediblər. Qırğızıstan ərazisində olan F.M. xəstəxanada vəfat edib.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır. Hazırda hdisənin səbəblərini araşdırmaq üçün hər iki tərəfin iştirakı ilə görüş keçirilir.