Azərbaycanda 3 mindən çox qadın piylənmədən əziyyət çəkir


Digərləri 07 Apr 2018 10:34:00 252 0

Azərbaycanda 3 mindən çox qadın piylənmədən əziyyət çəkir

Azərbaycanda 3 mindən çox qadın piylənmədən əziyyət çəkir

Respublika üzrə piylənmə ilə əlaqədar 4953 nəfər dispanser qeydiyyatındadır.

Son.az bildirir ki, bu barədə azvision.az-a açıqlamasında Respublika Endokrinologiya Mərkəzinin həkim metodisti, endokrinoloq Samirə Xəlilova deyib.

Onun sözlərinə görə, bunlardan 3017 nəfəri qadındır. "Lakin ölkə üzrə piylənmədən əziyyət çəkən insanların sayı dispanser qeydiyyatında olanlardan daha çoxdur. Ölkə üzrə bundan 3-4 dəfə artıq qeydiyyata düşməyən xəstələr var. Bəzən şəkərə tutulduğuna görə və ya yeriyə bilməməklə əlaqədar həkimə müraciət etdikdə həmin insanlarda piylənmə aşkarlanır və qeydiyyata alınır. Bu rəqəm get-gedə artır".