Bu gün 21 dərəcə isti olacaq


Digərləri 07 Apr 2018 09:39:00 232 0

Bu gün 21 dərəcə isti olacaq

Bu gün ölkə ərazisində hava mülayim-isti proqnozlaşdırlıb

.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Hazırda bəzi yerlərdə zəif duman və cənub küləyi müşahidə edilir.

Gündüz saatlarında havanın temperaturunun Abşeron yarımadasında 13-18, Bakıda 15-17 dərəcəyə qədər isinəcəyi gözlənilir.