“Facebook” Moskva meriyasının Departamentini blokladı


Digərləri 07 Apr 2018 08:55:00 244 0

“Facebook” Moskva meriyasının Departamentini blokladı

Aprelin 3-də "Facebook" şirkəti tərəfindən bu sosial şəbəkədə 138 şəxsi səhifə və 70 qrup, "Instagram"da isə 65 səhifə "trol fabriki" kimi tanınan Rusiya İnternet Tədqiqatları Agentliyinə aid olmaları səbəbi ilə bloklanıb. 

Son.az lent.az-a istinadən xəbər verir ki, bloklananlar arasında Moskva meriyasının İqtisadi Siyasət və İnkişaf Departamentinin səhifəsi də var. Departamentin təmsilçisi faktı təsdiqləyib. "Sosial şəbəkə administrasiyasının addımı anlaşılmazdır. Hazırda biz onlara sorğu ilə müraciət edərək blokun səbəbini aydınlaşdırmağa çalışırıq", - deyə o, söyləyib. Səhifənin 6,5 min izləyicisi olub.