Mingəçevirdə yol qəzası olub,


Digərləri 07 Apr 2018 08:40:00 291 0

Mingəçevirdə yol qəzası olub,

Mingəçevirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə şəhərin Samux küçəsində qeydə alınıb.

Küçədə hərəkətdə olan "Mercedes" və BMW markalı avtomobillər toqquşub. Toqquşma zamanı BMW-də olan sərnişin, 1996-cı il təvəllüdlü Həmidova Pərvanə Azər qızı xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.