Panasonic Eluga Ray 550 təqdim olundu


Digərləri 07 Apr 2018 08:31:00 236 0

Panasonic Eluga Ray 550 təqdim olundu

Yaponiyanın "Panasonic" şirkəti tərəflərinin nisbəti 18:9 təşkil edən ekrana malik ilk "Eluga Ray 550" smartfon modelini təqdim edib.   Son.az ICTnews-a istinadən bildirir ki, yeni smartfon 1,3 QHs takt tezlikli dördnüvəli "MediaTek MT6737H" prosessoru və "Android 7.0 Nougat" əməliyyat sistemi əsasında işləyir. Çipdə quraşdırılmış "Mali-T720" qrafik sürətləndiricisi yerləşdirilib.   Məlumata görə, operativ və quraşdırılmış yaddaşın həcmi müvafiq olaraq 3 və 32 giqabayt təşkil edir. Quraşdırılmış yaddaşı tutumu 128 giqabayta bərabər çıxarılabilən "microSD" yaddaş kartları ilə genişləndirmək mümkündür.   Qurğu iki - 13 meqapikselli əsas və 8 meqapikselli ön kamera ilə təchiz edilib. Hər iki kamera işıq diodlu işıqlandırıcıya malikdir.   5,7 düym diaqonallı ekran 1440 × 720 piksel (HD+) təsvir ölçüsü ilə xarakterizə edilir və kənarları əyri (2.5D effekti) qoruyucu şüşəyə malikdir. Akkumulyator batareyasının tutumu 3250 milliamper/saata bərabərdir.   Qurğunun qabaritləri 152,5 × 73,3 × 8,5 mm, çəkisi 152 qram təşkil edir. Arxa tərəfdə barmaq izi skaneri, SİM kartlar üçün iki çıxış və "4G VoLTE", "Wi-Fi 802.11 b/g/n", "Bluetooth 4.1", "GPS" və "GLONASS" simsiz rabitə modelləri quraşdırılıb.   "Panasonic Eluga Ray 550" modeli metal korpusda olmaqla qara, mavi və qızılı rəngdə buraxılacaq. Qiyməti 140 dollar təşkil edəcək smartfonun aprelin 5-dən etibarən satışa çıxarılması nəzərdə tutulur.