Ermənistanda yol qəzalarının sayı iki dəfə artıb


Dünya 07 Apr 2018 08:20:00 257 0

Ermənistanda yol qəzalarının sayı iki dəfə artıb

İlin ilk 2 ayı ərzində ölkədə 184 yol-nəqliyyat hadisəsi baş verib

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Ermənistanda yol qəzalarının sayı iki dəfə artıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə ölkənin Milli Statistika Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, ilin ilk 2 ayı ərzində ölkədə 184 yol-nəqliyyat hadisəsi baş verib. Onlardan 43-ü ölümlə nəticələnib. Ötən ilin analoji dövründə bu rəqəm 84 hadisə olub. Onlardan 19-u ölümlə nəticələnib.