Qazaxıstanın ilin əvvəlindən Azərbaycana 3 min ton buğda ixrac edib


Digərləri 07 Apr 2018 08:28:00 288 0

Qazaxıstanın ilin əvvəlindən Azərbaycana 3 min ton buğda ixrac edib

Qazaxıstanın ərzaq korporasiyası - "NK "Prodkorporasiya" Səhmdar Cəmiyyəti 2018-ci ilin ilk rübündə Azərbaycana 3 min ton buğda ixrac edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin 2018-ci ilin birinci rübdə fəaliyyətinin yekunları üzrə hesabatında deyilir.

Qeyd olunur ki, ərzaq müqavilə korporasiyası yaxın və uzaq xarici ölkələrə 80 min tona yaxın dənli və yağlı bitkilərin məhsullarını ixrac edib.