Ərindən boşanan Demet 4 ay sonra bu etirafı ilk dəfə etdi


Digərləri 06 Apr 2018 23:30:00 358 0

Ərindən boşanan Demet 4 ay sonra bu etirafı ilk dəfə etdi

Basketbolçu İbrahim Kutluaydan yanvarda boşanan keçmiş model Demet Şener tədbirlərin birində maraqlı açıqlamalar verib.

Son.az axşam.az-a istinadən bildirir ki, model boşandıqdan aylar sonra özünü çox pis hiss etdiyini deyib:

"16 il sonra ilk dəfə tədbirə tək qatılıram. Çox fərqli hislər keçirirəm. Özümə "buna öyrəşsən, yaxşı olar" deyirəm. Belə olmasını mən istəmədim. Həyatdır. Uzun evlilikdən sonra tək qalmaq insana çətin gəlir. Bəli, mənə çətindir, ancaq daha edəcək bir şey yoxdur".