Tanınmış azərbaycanlı alim dəfn edilib FOTO


Digərləri 06 Apr 2018 23:03:00 261 0

Tanınmış azərbaycanlı alim dəfn edilib  FOTO

Filologiya elmləri namizədi, Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü, ədəbiyyatşünas alim Mirhaşım Talışlı bu gün dəfn edilib.

Son.az report.az-a istinadən bildirir ki, M.Talışlı Lənkəran şəhərinin "Sərdaxıl" qəbirstanlığında torpağa tapşırılıb.

Talışlı Hacı Mirhaşım Mirmurtuza oğlu 1926-cı ildə Lənkəran rayonunda anadan olub. M. Talışlı 16 yaşından "Müsafir" imzası ilə yüzlərlə qəzəl, qəsidə, təxmis, təzmin, mürəbbe, mərsiyə, satirik şeir yazıb. Əruz vəzninin mahir bilicisi olub, Azərbaycan ədəbiyyatında ilk dəfə əruz vəznində sonet yazıb. "Dedim ki, sözüm qala" şeirlər kitabı, "125 yaşlı məktəb", "Lənkəran" kitablarının, XIX əsr Lənkəran ədəbi mühiti haqqında elmi əsərin müəllifidir. 2010-cu ildə "Xatirəmdə yaşayanlar" kitabı çap olunub. Talış xanlarından olan Mir Mustafa xan Talişinskinin nəslindəndir.


Xəbərə aid fotolar