Ağ Ev Tramp və Putinin görüşünə hazırlığı davam etdirəcək


Dünya 06 Apr 2018 22:49:00 278 0

Ağ Ev Tramp və Putinin görüşünə hazırlığı davam etdirəcək

ABŞ rəsmi Moskvaya qarşı tətbiq edilən yeni sanksiyalara baxmayaraq Donald Tramp və Vladimir Putinin görüşünə hazırlığı davam etdirəcək.

Son.az APA-ya istinadən bildirir ki, bunu Ağ Evin sözçüsü Sara Sanders bəyan edib.

"Hazırlıq davam etdiriləcək. Prezident Tramp Rusiya ilə yaxşı münasibətlərin tərəfdarıdır, lakin bu rəsmi Moskvanın hərəkətlərindən asılıdır. Eyni zamanda prezident Tramp Rusiyaya qarşı sərt siyasət aparmaqda davam edəcək", deyə S.Sanders qeyd edib.