Azərbaycan dövləti son 1015 il ərzində xeyli güclənib


Siyasət 06 Apr 2018 21:15:00 289 0

Azərbaycan dövləti son 1015 il ərzində xeyli güclənib

Azərbaycan dövləti son 10-15 il ərzində xeyli güclənib və sürətlə inkişaf edərək yüksək səviyyəyə qalxa bilib.

Bu barədə Son.az-a açıqlamasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Avro-atlantik Mərkəzinin təsisçisi və prezidenti Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, xüsusən Azərbaycan xarici siyasət və bəynəlxalq əməkdaşlıq sahəsində böyük uğurlar qazanıb: "Azərbaycan Respublikasının xarici siyasətinin əsas kursu ölkəmizin müstəqil dövlət kimi inkişafından ibarətdir. Son illər Azərbaycanın həyata keçirdiyi strateji layihələr, milli dəyərlərimizin dünyaya çatdırılması dövlətimizin mövqeyini daha da gücləndirib. Xarici siyasətdə ən əsas məqsəd Azərbayanın ərazi bütövlüyünü, təhlükəsizliyini təmin etmək və ölkəmizə daha çox dost qazandırmaqdan ibarətdir".

A.Mollzadə qeyd edib ki, xarici siyasətimizin daha bir önəmli xüsusiyyəti odur ki, Azərbaycan çalışır ki, münasibətləri bərabərhüquqlu tərəfdaşlıq üzərində qursun: "Bu tərəfdaşlıq elə qurulur ki, həm qonşu ölkələr, həm də dünyanın bir sıra ölkələri ilə münasibətlər ortaq maraqlar əsasında inkişaf etsin və hamıya uğur gətirsin. Bu münasibətlər siyasi, iqtisadi, mədəni, humanitar və s. sahələri əhatə edir. Azərbaycan istəyir ki, regionda və dünyada sülhə, əmin-amanlığa, stabilliyə nail olunsun. Çünki bu, ilk növbədə, bizim özümüzə lazımdır. Azərbaycanın iqtisadi inkişafı üçün böyük potensial var və onu yalnız bərabərhüquqlu tərəfdaşlıq əsasında layihələr həyata keçirməklə reallaşdırmaq, iki və çoxtərəfli əməkdaşlığı daha da gücləndirmək olar".

İlkin İzzət Son.az