Almaniya televiziyası: "Ermənistanın gələcəyi yoxdur"


Dünya 06 Apr 2018 20:45:00 226 0

Almaniya televiziyası: "Ermənistanın gələcəyi yoxdur"

Almaniyanın "ZDF" ictimai televiziyası Ermənistandakı çətin vəziyyət barədə süjet hazırlayıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, süjetə əsasən, Ermənistanda gündəlik həyatda korrupsiyaya bulaşan siyasət və tam yoxsulluq hökm sürür.

Jurnalist Volfqanq Tsimmermanın sözlərinə əsasən, gənclər kütləvi şəkildə Ermənistanı tərk edirlər.

Süjetdə 33 yaşlı erməni qızı Astqik Tarloyandan bəhs edilir. O, bir müddət əvvəl Almaniyaya qaçıb. Astqikin onlarla dostu da Ermənistanı tərk edərək Almaniyaya köçüb.