ADGTTda həftəsonu maraqlı repertuar


Kriminal 06 Apr 2018 20:15:00 289 0

ADGTTda həftəsonu maraqlı repertuar

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı maraqlı tamaşalarla zəngindir. Teatrın kollektivi 7-8 aprel tarixlərində 6 səhnə əsəri ilə tamaşaçıların görüşünə gələcək. Həmişə olduğu kimi bu həftə də teatrın repertuarı həm məktəblilər həm də gənc və yaşlı nəslin zövqünü oxşamağa çalışıb. Belə ki, aprel ayının 7-i saat 12:00 və 14:00-da  Y.Şvarts "Çirkin ördək balası",  8-i isə eyni saatlarda A.Lindqrenin "Uzuncorab Pippi"  tamaşaları nümayiş olunacaq.

Teatrın axşam repertuarında isə 7 aprel tarixində saat 19:00-da U.Şekspir  "Romeo və Cülyetta" (ingilis dilində titrlərlə) 8 aprel eyni saatda Ə.Əmirlinin "Hasarın o üzü" tamaşaları nümayiş olunacaq.


Xəbərə aid fotolar