İsrail hərbçiləri ilə toqquşmalarda daha 3 fələstinli ölüb, 350-si yaralanıb


Dünya 06 Apr 2018 19:55:00 216 0

İsrail hərbçiləri ilə toqquşmalarda daha 3 fələstinli ölüb, 350-si yaralanıb

Bununla da ötən həftənin cümə günü başlayan aksiya çərçivəsində ölənlərin sayı 25 nəfərə çatıb

İsrail hərbçilərinin Fələstində keçirilən kütləvi aksiyaya müdaxiləsi nəticəsində 3 nəfər həlak olub, 350-siyaralanıb.

"Report" "RİA Novosti"ya istinadənxəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsiƏşrəf əl-Kidr məlumat verib.

Bununla da ötən həftənin cümə günü başlayan aksiya çərçivəsində ölənlərin sayı 25 nəfərə çatıb. Ümumilikdə, 1500 nəfərdən çox fələstinli yaralanıb.

Qeyd edək ki, aksiya iştirakçıları İsraildən Qəzza bölgəsinin blokadasına son qoymağı və fələstinlilərə qəsb olunmuş torpaqlara geri dönmələrinə imkan verməsini tələb ediblər.