İmişlidə 11 yaşlı uşağı maşın vurdu


Digərləri 06 Apr 2018 19:48:00 259 0

İmişlidə 11 yaşlı uşağı maşın vurdu

İmişlidə avtomobil azyaşlını vurub.

Son.az APA-ya istinadən xəbər verir ki, İmişli rayon mərkəzində minik avtomobili yolu keçən 2007-ci il təvəllüdlü Vəliyev Əli Anar oğlunu vurub. Xəsarət alan uşaq İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin normal olduğu bildirilir.