Olimpiya İdman Kompleksinin tikintisinə 12 milyon manat ayrılıb


İdman 06 Apr 2018 19:21:00 283 0

Olimpiya İdman Kompleksinin tikintisinə 12 milyon manat ayrılıb

Prezident İlham Əliyev aprelin 6-da Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Goal.az zxəbər verir ki, sərəncamla Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.9.11-ci yarımbəndində göstərilmiş məbləğin 12 milyon manatı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ayrılıb.