"Manchester City"nin qapısına qol vurmasaydım, çox məyus olardım"


İdman 06 Apr 2018 18:33:00 320 0

"Manchester City"nin qapısına qol vurmasaydım, çox məyus olardım"

"Liverpool"un yarımmüdafiəçisi Aleks Oksled-Çemberleyn Çempionlar Liqasının 1/4 finalında "Manchester City" ilə oyundakı performansı barədə danışıb. Goal.az xəbər verir ki, ingilis futbolçu bəzi aspektlər üzərində çalışmalı olduğunu qeyd edib.

"Liverpool"da forma geyməyim və belə oyunlar göstərir ki, nə üçün bu klubu seçdim. İnkişaf etmək istəyirəm. Həmişə belə olub. Bəzən çox yüklənirəm. "City"nin qapısına qol vurmasaydım, çox məyus olardım. Bəzi epizodlarda daha yaxşı oynaya bilərdim. Müəyyən cəhətlər var ki, onlar üzərində işləməliyəm. Qol vurmağıma sevinirəm. Amma istədiklərimə nail olmaq üçün səviyyəmi artırmaqda davam etməliyəm".